"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Şəfiyev 4 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, prokuror çıxışında Z.Şəfiyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Z.Şəfiyev tanışı Elmin Balayevi bıçaqlayıb. Polis əməkdaşları tərəfindən saxlanılan Z.Şəfiyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.