Dini məclisi körpələr evində keçirdilər - Gördüklərinizdən mat qalacaqsınız - VİDEO

Dini məclisi körpələr evində keçirdilər - Gördüklərinizdən mat qalacaqsınız - VİDEO
22:17 25 Noyabr 2016
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda körpələr evində din adı altında qəm, əzadarlıq məclisi keçirilib. Özü də 2-5 yaşlı uşaqların iştirakı ilə. Sosial şəbəkərlədə yayılan şəkillər məsələnin izinə düşməyimizə kömək etdi. Bu məclisi kim qurub? Qanunla qadağan olunan belə bir məclisə körpələr evinin rəhbərliyi niyə icazə verib? Gördüklərinizdən mat qalacaqsınız. Buyurun izləyin.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Əkbər Hüseyni adlı sosial şəbəkə istifadəçisi bu şəkilləri öz səhifəsində yayaraq yazıb ki, onlar uzun zamandır İmam Hüseyn ve Kərbəla şəhidlərinin adına qurulan meclisleri mescidlerde ve evlerde teşkil ediblər. Ancaq bu gün hemin serhedleri daha genişləndirib, Körpələr evində balaca fidan balalarla xanım Rüqeyyə ve Həzrəti Əli Əsğər adına gözel bir qəm gecəsi qurublar.

Məsələ burasındadır ki, qanunvericilik körpələr evində belə əzadarlıq məclislərinin qurulmasına icazə vermir. Azyaşlılar arasında dini təbliğat üçün mütləq valideynindən icazə alınmalıdır. Körpələr evinin aid olduğu icra hakimiyyəti orqanının da mütləq icazəsi olmalıdır.

Bəs bu məclis hansı körpələr evində keçirilib? Şəkilləri yayan Əkbər Hüseyni ilə əlaqə saxlamaq istədik, görüşməyə razılıq verməsə də, telefonda diqloqumuz belə başladı.

Yaxşı keçək onda başqa mətləbə. Əkbər Hüseyni iddia edir ki, o dini qurumlarla işləyən bir idarənin əməkdaşıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, onlarım əməkdaşları ümumiyyətlə körpələr evində dini təblığatla məşğul olmurlar.

Daha sonra isə Əkbər deyir ki, bunu Allah üçün edir. Yəni hansısa qayda qanuna ehtiyac duymur.

Son olaraq isə dini təbliğatla məşğul olan bu şəxsin hədsiz aqressiv və kobud cavablar verməsidir. Bu şəkillərin altına şərh yazan uşaq psixoloqu Elnur Abdullayev deyir ki, uşaqlarin belə məclislərdə iştirakının düzgün olmadığını əsaslandıranda Əkbərin hədə qorxuları və təhqirləri ilə qarşılaşıb.

Qanunları pozmaq bir yana, əcəb etməkdənsə, ədəb etmək isə daha yaxşı olardı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR