Dava-dalaş, söyüş, atışma: ABŞ-da "Qara cümə" başa çatdı - VİDEO - FOTO

Dava-dalaş, söyüş, atışma: ABŞ-da "Qara cümə" başa çatdı - VİDEO - FOTO
11:05 26 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da dünən "Qara cümə" idi. Supermarketlərin qapıları açılan kimi ölkə mediasındakı xəbərlər döyüşlərdən informasiyaları xatırlatmağa başladı.

Satılan mallara hədsiz böyük endirimlərin tətbiq olunduğu bu gündə marketlərdə böyük növbələr olur.

Milli.Az CNN-ə istinadən bildirir ki, Nyu-Cersi ştatında "Macys" şəbəkəsinin supermarketlərinin birinin qarşısında 38 yaşlı kişi güllələnərək qətlə yetirilib.

Daily Mail xəbər verir ki, Nevada ştatında "Walmart" supermarketinin qarşısındakı avtomobil dayanacağında alıcı güllələnib. Memfis şəhərindəki ticarət mərkəzlərindən birində iki alıcı arasındakı süpürləşmə dalaşanlardan birinin ağır yaralanması ilə başa çatıb.

Tennesi ştatındakı Çittanuqa şəhərindəki supermarketin qarşısındakı növbədə iki nəfər tapançalardan bir-birlərinə atəş açıb.

Nyu-Cersinin Atlantik bölgəsində marketin qarşısındakı atışmada iki qardaş güllələnib. Qardaşlardan biri həlak olub, digəri ağır yaralanıb.

Belə olaylar Birləşmiş Ştatlardakı "Qara cümə"nin ayrılmaz hissəsidir. Ekspertlər desələr də ki, son illər bayram alış-verişləri mövsümünün başlanması əvvəlki təki ajiotaj yaratmır - amma yaşananlar tərsini göstərir.

Elite Daily bildirir ki, son 10 ildə  7 amerikalı "piştaxtalara hücum"ların qurbanı olub, 100 nəfər yaralanıb.

Dükanlara şığıyan və qarşılarına çıxan hər şeyi alt-üst edən alıcı axınının əks olunduğu videolar da "şok endirimlər" günlərinin atributlarına çevrilib.

Marketlər, riteylerlər də "Qara cümə" günlərində alıcıların ifrat aktivliyindən zərər çəkirlər. Çünki marketlərə hücumdan sonra malların əksəriyyəti çox pis vəziyyətə düşür.

"Qara cümə" ABŞ-da Şükran Günündən sonrakı ilk cümə günündə olur. Məhz bu gündən sonra ABŞ-da Milad bayramı münasibətilə endirimlər mövsümü başlanır.

Rəy sorğuları göstərir ki, amerikalıların 59 faizi "Qara cümə" günü alış-verişə daha çox yollanırlar.

Psixoloqlar isə deyirlər ki, belə endirimlər günü cəmiyyətdə aqressiya səviyyəsini artırır.

... Çikaqo şəhərində isə "Civilian Police Accountability Council" hərəkatı "Qara cümə" gününə qarşı etiraz aksiyası keçirib.

Nyu-Yorkda da etiraz aksiyaları olub.

Orxan Hun

Milli.Az





























































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR