3500 müəllimin biliyi qiymətləndiriləcək

3500 müəllimin biliyi qiymətləndiriləcək
11:57 26 Noyabr 2016
196 Ölkə
Ölkə mətbuatı
A- A+

3500-dək müəllim diaqnostik qiymətləndirmədən keçəcək.

Noyabrın 27-28-də İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 3500-dək müəllim iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediləcəklər.

Hər bir müəllim dq.edu.az saytına daxil olaraq "Şəxsi səhifə" bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

Zərif Nisə

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR