Müğənni Sərdar Ortaç və həyat yoldaşı Kloe Louqnanın evliliyində problemlər bitmir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir agentlik ilə müqavilə bağlayıb ABŞ-a gedən Kloe İstanbula qayıtmaq istəmir. S.Ortaç da ABŞ-a gedərək onu geri qaytarmağa razı salmaq istəsədə də, faydası olmayıb.

Müğənni Türkiyəyə tək qayıdıb.

Qeyd edək ki, Kloe Sərdara "Türkiyədə karyera qura bilmirəm. ABŞ-a köçək ya da evliliyimiz bitr" demişdi. Lakin müğənni deyilənləri təkzib etmişdi.