Yumorist sevgilisi Cem Yılmazla tez-tez küsüb-barışan müğənni Ayşə Xatun Önal birlikdə mahnı oxuduğu Riki Martinlə bağlı maraqlı açıqlama verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ayşə puerto-rikolu sənətçinin uşağını dünyaya gətirmək istədiyini deyib:

"O qədər yaraşıqlıdır ki.. Riki istəsə, mən də onun üçün surroqat ana ola bilərəm".

Qeyd edək ki, həmcinsiylə birlikdə yaşayan Riki Martinin surroqat anadan əkiz körpələri var.

“İstəsə, onun uşağını dünyaya gətirə bilərəm”