“Neftçi” “Kəpəz”i, AZAL “Sumqayıt”ı qəbul edir - YENİLƏNİR

“Neftçi” “Kəpəz”i, AZAL “Sumqayıt”ı qəbul edir -   YENİLƏNİR
10:07 27 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XIII tura start götürəcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq – biri Gəncədə, digəri Bakıda.


Ölkəmizin ikinci ən böyük şəhərində yaxın keçmişdə mükafatlar uğrunda mübarizədə bir-birlərinə rəqib olan “Kəpəz”lə “Neftçi” üz-üzə gələcəklər. Lakin komandaların hazırkı durumu fərqlidir. 8 komandanın yarışdığı Premyer Liqamızda meydan sahibləri 6-cı, qonaqlar isə 7-ci pillədə qərarlaşıblar. Təəssüf ki, hər iki kollektiv üçün indiki halda medallar əlçatmaz görünür.


Bu komandaların ilk dövrədəki dueli bakılıların qələbəsi ilə yekunlaşmışdı. Ancaq həmin oyunda “Kəpəz”in qapısına yol tapan futbolçular – Denilson Pereyra və Katalin Tira artıq “Neftçi”də deyillər. Paytaxt klubunun rəhbərliyi qış fasiləsini gözləmədən onlara qapını göstərib.


Günün ikinci matçı Şüvəlanda baş tutacaq. Belə ki, sonuncu pillədə qərarlaşan AZAL “Sumqayıt”ı qəbul edəcək. Cari mövsümdə “təyyarəçilər”in durumu ağır olsa da, qonaqlar onlar üçün münasib rəqib sayılır. Hər halda, AZAL-ın son 9 oyunda “Gənclik şəhəri” təmsilçisinə uduzmamağı belə söyləməyə əsas verir.



 

Topaz Premyer Liqası

XIII tur

 

27 noyabr (bazar)

 

14:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus  Abbasov

Hakim-inspektor: Xaqani  Məmmədov

Gəncə şəhər stadionu

İlk dövrədəki oyun: 0:2


 


16:00. AZAL – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Vaqif  Davudov 

Hakim-inspektor: Vüsal  Əliyev

”AZAL Arena”

İlk dövrə: 1:1




Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

12

8

4

0

27:4

28

2

Qarabağ

12

9

1

2

24:5

28

3

İnter

12

6

5

1

20:11

23

4

Zirə

12

4

2

6

10:13

14

5

Sumqayıt

12

3

4

5

11:17

13

6

Kəpəz

12

2

6

4

7:11

12

7

Neftçi

12

3

0

9

9:27

9

8

AZAL

12

0

4

8

4:24

4

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-kpzi-azal-sumqayt-qbul-edir-t54485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR