Bakı-Qazax magistralında QƏZA: xəsarət alan var

Bakı-Qazax magistralında QƏZA: xəsarət alan var
13:17 27 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə yolun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Nəcməddin Sanıyev bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/493524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR