Əliyevlə Sarkisyanın görüşəcəyi dəqiq deyil - Ermənistan XİN

Əliyevlə Sarkisyanın görüşəcəyi dəqiq deyil - Ermənistan XİN
14:52 27 Noyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu tert.am-a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.

O hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib: "Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa...".

Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR