26 yaşlı gənc Parisdəki Eyfel qülləsinin ən yüksək nöqtəsinə çıxaraq orada selfi çəkib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Sauthempton şəhərində yaşayan alpinist Ceyms Kinqston 2014-cü ildən bəri Eyfel qülləsində ekstremal selfi çəkdirmək arzusunda olduğunu deyirdi.
O, arzusuna çatıb.
Polislərdən və mühafizəçilərdən gizlənərək niyyətini reallaşdıran Kinqston deyib: "O yüksəklikdən Parisi seyr etmək əsl zövq idi. Orada tam azadlıq, absolyut sərbəstlik vardı".
Milli.Az