Moskva bazarında azərbaycanlılara silahlı hücum

Moskva bazarında azərbaycanlılara silahlı hücum
23:18 29 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvanın Çeremuşkin bazarında Azərbaycan vətəndaşlarının da iştirakı ilə silahlı insident baş verib.

Publika.az xəbər verir ki, münaqişədə əksəriyyəti azərbaycanlı olan satıcılar ilə bazar rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Ticarət etdikləri yeri tərk etmək istəməyən icarədarlar soyuq silahdan istifadə ediblər. Lakin bazar rəhbərliyinin köməyinə Özəl Mühafizə Təşkilatının döyüşçüləri gəlib. Etirazçılara qarşı travmatik odlu silah tətbiq olunub. Ən azı iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisəyə bazar rəhbərliyinin bəzi satıcılara müəssisə ərazisində yer verməmək barədə qərar qəbul etməsi səbəb olub. Bunlar, əsasən Azərbaycan vətəndaşları olublar. Qərarın hansı səbəbdən qəbul olunduğu məlum deyil.

TASS-ın məlumatına görə, davanın bir neçə iştirakçısı saxlanılıb. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR