Nazirlikdən 20 Yanvar-la bağlı plan

Nazirlikdən 20 Yanvar-la bağlı plan
10:31 6 Yanvar 2015
178 Ölkə
Ölkə mətbuatı
A- A+

20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi haqqında RYTN-in Tədbirlər Planı təsdiqlənib.

ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, RYTN-in Tədbirlər Planını nazirliyin aparat rəhbəri Vidadi Zeynalov təsdiqləyib.

Tədbirlər Planına əsasən, rabitəçi şəhid ailələrinə yardımların edilməsi, “Rabitə dünyası” qəzetində və rabitə müəssisələrinin elan tablosunda rabitəçi şəhidlər haqqında geniş məlumatın verilməsi, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şəhidlər haqqında guşənin yaradılması nəzərdə tutulur.

Bunlarla yanaşı, matəm günü ilə əlaqədar rabitə müəssisələrində yığıncaqlar keçiriləcək, yanvarın 20-də RYTN və rabitə müəssisələri işçiləri Şəhidlər Xiyabanını ziyarət edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR