Ərdoğan: "Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da..."

Ərdoğan: "Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da..."
17:17 1 Dekabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Dağlıq Qarabağda, Əfqanıstanda, Kiprdə və Balkan ölkələrində olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, heç kim Türkiyəyə regiondakı hadisələrə müdaxilə etməməli olduğunu demək hüququna sahib deyil: "Hələbdə bombardman zamanı həlak olan uşaqlar üçün göz yaşı tökən hər bir ana və ata bizim bacı və qardaşlarımızdır. Mosulda, Təl-Afarda və digər şəhərlərdə terror təşkilatlarından zərər çəkən insanlar bizim ailəmizin üzvləridir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR