Ən əxlaqsız kredit: şəxsiyyət vəsiqəsi və lüt foto əvəzində... - FOTO

Ən əxlaqsız kredit: şəxsiyyət vəsiqəsi və lüt foto əvəzində... - FOTO
23:32 1 Dekabr 2016
3619 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çində böyük qalmaqal yaşanır. 1023 gənc qızın lüt fotolarından ibarət böyük fayl arxivi internetdə yayılıb.

Milli.Az Huanqiu-ya istinadən bildirir ki, yaşları 19-23 arasında olan qızların fotolarından ibarət arxiv faylı 8 qeqabayt həcmindədir.

Faylı kimin, nə məqsədlə yaydığı bəlli deyil. Polis olayla bağlı araşdırmalar aparır.

Həmin fotolar "Jiedaibao" adlı onlayn maliyyə resursuna göndərilib. "Jiedaibao" qadınlara "sərfəli şərt"lərlə kreditlər təklif edir. Kreditği almaq istəyən qız və ya qadın şəxsiyyət vəsiqəsinin də əks olunduğu lüt fotosunu bu sayta yollamalıdır.

Sayt Çindəki banklardan fərqli olaraq daha aşağı faizlə kreditlər verdiyini bəyan edir.

Halbuki real faiz stavkası ayda 30 faizdir.

Lüt fotoların tələb olunmasına gəldikdə isə, saytda yerləşdirilmiş elanda deyilir: "Kredit üzrə ödənişlər vaxtında edilməzsə və ya kredit ödənməsə, bu fotolar krediti alan şəxsin ailə üzvlərinə, qohumlarına, çalışdığı yerə göndəriləcək".

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR