Azərbaycanlı müşahidəçilər Özbəkistanda keçiriləcək prezident seçkilərinin monitorinqini aparacaq

Azərbaycanlı müşahidəçilər Özbəkistanda keçiriləcək prezident seçkilərinin monitorinqini aparacaq
09:42 2 Dekabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Özbəkistanda keçiriləcək prezident seçkilərində MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev Daşkəndə gədib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə Daşkəndə gedən MDB müşahidə missiyası prezident seçkilərinə hazırlıq və onun keçirilməsini monitorinq edəcək.
Missiyanın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və MDB İcraiyyə Komitəsini təmsil edən 10 uzunmüddətli və 60 qısamüddətli müşahidəçi daxildir.
MDB müşahidə missiyası noyabrın 17-dən Özbəkistanda monitorinqə başlayıb.
Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanli-musahideciler-ozbekistanda-kecirilecek-prezident-seckilerinin-monitorinqini-aparacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR