Bakıda 59 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda 59 yaşlı qadını avtomobil vuraraq öldürüb
10:12 2 Dekabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, Buzovna-Maştağa yolu ilə hərəkət edən markası məlum olmayan avtomobil yolu keçmək istəyən 59 yaşlı Təzəgül Əliyevanı vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR