Külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə

Külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə
20:34 2 Dekabr 2016
123 Digər
Ölkə mətbuatı
A- A+

Dağlıq Lerik rayonunda güclü külək əsib.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın  aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb.

 

İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR