İtaliyada maraqlı oyunlar olacaq - AFİŞA

İtaliyada maraqlı oyunlar olacaq - AFİŞA
23:43 2 Dekabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İtaliya A seriyasında 15-ci tura start veriləcək.

Komanda.az xəbər verir ki, günün yeganə oyununda “Napoli” “İnter”i qəbul edəcək. Turnir cədvəlində qonşu olan komandalar bu oyuna fərqli əhval-ruhiyyədə çıxacaq. “İnter” keçən turda evdə “Fiorentina”nı məğlub edibsə (4:2), “Napoli” doğma meydanda gözlənilmədən “Sassuolo” ilə heç-heçə edib (1:1).

Ötən turda səfərdə “Cenoa”ya uduzan (1:3) lider “Yuventus” isə bu turda evdə 6 tur ardıcıl qələbə qazanaraq hamını təəccübləndirən “Atalanta”nı qəbul edəcək.

Bazar günü isə bütün diqqətlər Romaya yönələcək. İtaliya paytaxtının iki əzəli rəqibi “Roma” və “Latsio” Olimpiya stadionunda münasibətlərinə aydınlıq gətirəcəklər.

Gələn həftə Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Fiorentina” isə Ağdam klubuyla məsul görüşöncəsi son oyununu “Palermo”ya qarşı keçirəcək.

İtaliya A seriyası, 15-ci tur

2 dekabr

23:45 Napoli - İnter

3 dekabr

23:45 Yuventus - Atalanta

4 dekabr

15:30 Milan - Krotone

18:00 Latsio - Roma

18:00 Peskara - Kalyari

18:00 Sampdoriya - Torino

18:00 Sassuolo - Empoli

23:45 Fiorentina - Palermo

5 dekabr

22:00 Kyevo - Cenoa

00:00 Udineze - Bolonya


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR