Poroşenko: "Ukrayna başlardakı SSRİ-ni basdırmaq üçün vuruşur"

Poroşenko: "Ukrayna başlardakı SSRİ-ni basdırmaq üçün vuruşur"
05:32 3 Dekabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Sovet İttifaqı hələ də basdırılmayan, o, insanların "başlarında"dır".
"Report" xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Polşada "Liderlik forumu" silsiləsindən keçirilən konfransda çıxışı zamanı deyib.
"Sovet İttifaqı nə sənəddə, nə də Belovej cəngəlliyindədir. Sovet İttifaqı başlardadır. Və bu mənada Sovet İttifaqı hələ də basdırılmayıb. Və, açıq danışdığım üçün üzr istəyirəm, Ukrayna indi bəzilərinin başlarında olan Sovet İttifaqının basdırılması üçün vuruşur, çünki müharibə üçün bir bəhanə mövcud deyil",— deyə Ukrayna lideri bildirib.
Poroşenko əlavə edib ki, 25 il əvvəl Ukrayna müstəqillik əldə edib, "çünki artıq doğurdanda Sovet İttifaqının tərkibində olmaq və daha Sovet koloniyası olmaq istəmirdi".
"Sovet koloniya keçmişinin yeni və köhnə versiyaları, dəqiq bizim üçün deyil. Bizim üçün olan Avropanın birliyidir", - deyə o qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/porosenko-ukrayna-baslardaki-ssri-ni-basdirmaq-ucun-vurusur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR