“Motorola” “ağıllı” saatların istehsalını dayandırır

“Motorola” “ağıllı” saatların istehsalını dayandırır
09:05 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"Motorola" brendinin sahibi "Lenovo" şirkəti "Moto" smart-saatlarının istehsalını müvəqqəti olaraq dayandırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Motorola"nın bölmə rəhbəri Şakil Barka belə bir qərarı perspektivin və istifadəçilərin yeni "ağıllı" saatların istehsalına marağının olmaması ilə izah edirlər.

Ş.Barka əmindir ki, yeni "Moto" modelinin tərtibatı gələcəkdə də aparılacaq. Ancaq hazırda istehsalı dayandırma lazımdır. Bununla belə, "Motorola" rəhbəri qeyd edib ki, "Moto 360" aktual "Android Wear" versiyasına qədər yenilənəcək.

Mümkündür ki, belə bir qərarın qəbul olunması daşınar elektronikanın populyarlığının düşməsi ilə əlaqəlidir. 2016-cı ilin ikinci rübündə smart saatlar bazarı 33% azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/495198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR