Türkiyədə dolların məzənnəsi azalmağa başlayıb

Türkiyədə dolların məzənnəsi azalmağa başlayıb
11:02 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyədə ABŞ dolların məzənnəsi dünən, dekabrın 2-də 3,5966 TRY/USD - tarixi rekord səviyyəsinə yüksəldikdən sonra azalmağa başlayıb. 
"Report" xəbər verir ki, dekabrın 2-də səhər saatlarında Türkiyə prezidenti R.T.Ərdoğanın faizləri endirmək zərurəti ilə bağlı açıqlaması son günlər onsuz da yüksələn dolların məzənnəsini sərt şəkildə artırıb. Açıqlamadan sonra dollar 2,7%-dək artdıqdan sonra əhali və investisiya fondlarının mənfəət məqsədli satışları ilə geriləməyə başlayıb və günü 0,5% artımla 3,52 TRY/USD səviyyəsində bitirib.
"Report"un analitik qrupu dolların məzənnəsinin 3,40 TRY/USD-yə kimi gerilədikdən sonra 2016-cı ili 3,45 TRY/USD səviyyəsinə yaxın bitirəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyede-dollarin-mezennesi-azalmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR