Son zamanlar müğənni Sərdar Ortaçla münasibətlərinin pozulduğu və boşanacaqları deyilən Kloe Louqnan bu iddialara ilk dəfə cavab verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, karyera qurmaq üçün Sərdarı tərk edərək ABŞ-a köçdüyü deyilən Kloe xəbərlərin yalan olduğunu bildirib:

"Sərdarla heç bir problemimiz yoxdu. Ayrılmırıq, boşanmırıq. Bunu haradan çıxartdınız? Haqqımızda tez-tez belə xəbərlər çıxır, amma artıq vecimizə almırıq".