3000 qadını öldürən dəb – FOTOLAR

3000 qadını öldürən dəb – FOTOLAR
23:03 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Krinolin 1829-cu ildə İngiltərədə məşhurlaşıb. Ətəyin qabarıq görünməsi üçün paltarın altından geyinilən bu geyim 1860-cı ilin ortalarında artıq aktuallığını itirir.

"Crinolin" ingiliscədən tərcümədə "at qılından hazırlanan sərt material" mənasını verir. Həmin material xüsusi mağazalarda satılırdı.

Sərt, ağır və tez yanan bu "şah əsəri" geyinmək qadınlar üçün kifayət qədər çətin idi. Statistik məlumatlara görə, krinolin 1850-cı ildən 1860-cı ilədək təxminən 3 min qadının ölümünə səbəb olub.

Sonralar qabarıq ətəklər otağın yarısını tutduğu üçün hətta məsxərə mövzusuna çevrildi. Bu dövr moda tarixində “Dəb heç vaxt belə seksual olmayıb” kimi xarakterizə olunur.

Odur ki, dəbin inkişafı ilə krinolin qadın qarderobundan yavaş-yavaş çıxdı. Krinolinlərin populyarlığının növbəti dalğası İkinci dünya müharibəsindən sonrakı illərə təsadüf edir. Fransız moda evi “Christian Dior”-un “New look” cərəyanı ilə onlardan yenidən istifadə olunmağa başlanır. Bu gün isə onu, əsasən, toy paltarlarında istifadə edirlər.

Publika.az krinolin geyinən qadınların ictimai yerlərdə hansı çətinliklərlə üzləşdiyini göstərən fotolar toplayıb. Bu fotoların çoxunu indi Şotlandiya Milli Muzeyində görmək olar.

Aytən















Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/113573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR