“Soyuq Əllər, İsti Ürək” yarmarkası açıldı - fotolar

“Soyuq Əllər, İsti Ürək” yarmarkası açıldı -  fotolar
00:11 4 Dekabr 2016
321 Şou
Ölkə mətbuatı
A- A+

Fəvvarələr meydanında “Nargis Fund”un təşkilatçılığı ilə dördüncü “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb.

Axşam.az-ın məlumatına görə, gecənin aparıcılığını əməkdar artist Murad Dadaşov edib. Tədbirdə səhnəciklər nümayiş etdirilib.

Xalq artistləri Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Mübariz Tağıyev, əməkdar artistlər Abbas Bağırov, Fərqanə Qasımova, müğənni Samira Allahverdi mahnılar səsləndirib.

Yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədi üçün istifadə olunacaq.

Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.

Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta Baba və Qar Qız, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkün olacaq.

Foto: Elnur Qasımov


























Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR