ANAMA: Qazaxda 59 ədəd partlamamış hərbi sursat aşkarlanıb

ANAMA: Qazaxda 59 ədəd partlamamış hərbi sursat aşkarlanıb
00:22 4 Dekabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Qazax şəhərinin Əhməd Seyidov küçəsində – yol kənarında yığılmış dəmir toplantısının arasından 59 ədəd partlamamış hərbi sursat (1 ədəd 37 mm-lik top mərmisi (OR-167N), 4 ədəd 85 mm-lik top mərmisi (BR-365), 49 ədəd 100 mm-lik top mərmisi (44 ədəd BR-412, 3 ədəd ZBK-5, 2 ədəd O-415), 3 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56, 1 ədəd A-1-J), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) və 1 ədəd əl qumbarası (F-1)) aşkar edilərək götürülmüş, nəticə etibarilə 20 kv.m. ərazi yoxlanılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən "Report"a daxil olan məlumata görə, yol kənarında yığılmış dəmir toplantısının arasından 59 ədəd partlamamış hərbi sursat (1 ədəd 37 mm-lik top mərmisi (OR-167N), 4 ədəd 85 mm-lik top mərmisi (BR-365), 49 ədəd 100 mm-lik top mərmisi (44 ədəd BR-412, 3 ədəd ZBK-5, 2 ədəd O-415), 3 ədəd 122 mm-lik top mərmisi (2 ədəd OF-56, 1 ədəd A-1-J), 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) və 1 ədəd əl qumbarası (F-1)) aşkar edilərək götürülmüş, nəticə etibarilə 20 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 03 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilmiş, 4 017 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 45 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/anama-59-eded-partlamamis-herbi-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR