Sabirabadda maşınlar toqquşdu, xəsarət alan var

Sabirabadda maşınlar toqquşdu, xəsarət alan var
09:17 4 Dekabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında Sabirabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobillə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 54 yaşlı Vurğun Məmmədhüseyn oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/495543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR