San-Fransisko yaxınlığında yerləşən Oklend şəhərində (Kaliforniya ştatı, ABŞ) anbarda əyləncə gecəsi keçirilən zaman yanğın baş verib.
"Report" CBS
telekanalına istinadən xəbər verir ki, yerli sakinlər yanğın
nəticəsində 40 nəfərə yaxın insanın öldüyünü ehtimal edirlər.
Hazırda isə 9 nəfərin öldüyü təsdiqlənib.
Bir neçə saat davam edən yanğının hansı səbəbdən baş verdiyi
araşdırılır.