Müğənni Sərdar Ortaç gecə klublarının birində görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqram öncəsi o, jurnalistlərin suallarını cavablandırıb.

- Qumarda uduzduğunuz üçün xeyli borcunuz vardı. Ödəyə bildinizmi?

- Bəli, ödəmişəm. Evlərimi satıb borclarımı bağladım. Təkcə vergi borcum qalıb. İndi sadəcə bir evim var. O da mənə bəsdir. Onsuz da hamımız ölüb gedəcəyik. 10 evim olsa, nə olacaq ki?!

- Evləri övladlarınıza verə bilərdiniz.

- Hamımız övladlarımıza nəsə vermək haqqında fikirləşirik. Bu, mənə görə deyil. Hər kəs çalışıb ayaqları üstündə özü durmalıdır.

- Həyat yoldaşınızla aranızdakı məsələ necə oldu? Amerikaya getdiniz, amma Chloe Loughnan geri dönmədi.

- Həyat yoldaşım yanımdadır. Ona Amerikadan yaxşı iş təklifi gəlmişdi. Mən də getdim baxdım. Xoşuma gəldi. Ola bilər, 6 ay Türkiyədə, 6 ay Amerikada yaşadıq. Üzük də barmağımdadır. Boşanmamışıq. Belə bir fikrimiz də yoxdur. Mən həyat yoldaşımı çox sevirəm.

- Deyirlər, Türkiyədə xanımınıza filmə çəkilmək də təklif olunub, amma siz razılaşmamısınız.

- Təkliflər var. Mən onu filmə çəkilməyə qoyaram, əgər öpüşmə səhnəsi yoxdursa. Əgər filmdə hansısa səhnəyə görə öpüşəcəksə, onda gedib Mayamidə yaşasın.

Milli.Az