5 DEKABR Dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür. BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
5 DEKABR 1492-ci il. Xristofor Kolumb Haitini kəşf edib. Qiymətli daş-qaş axtarışı məqsədilə cənuba doğru hərəkət edən Kolumb oktyabrın 29-da Kuba adasını kəşf edib. O, burada heç nə tapa bilmədiyinə görə yenidən üzməyə başlayıb və Haiti adasına gəlib çatıb. Burada onun komandasının olduğu “Santa Mariya” gəmisi qəzaya uğrayıb. Kolumb Haitidə 43 nəfər könüllü qoyub 1493-cü ildə İspaniyaya qayıtmaq qərarına gəlib.
5 DEKABR 1946-cı il. Nyu-York şəhəri Birləşmiş Millətlər Təşkilatının daimi qərargahı seçilib.
5 DEKABR 1941-ci il. Finlandiya, Macarıstan və Rumıniya SSRİ-yə qarşı hərbi əməliyyatları dayandırmaqdan imtina edəndən sonra Böyük Britaniya bu ölkələrə müharibə elan edib.