Bir vaxtlar Okan Bayülgen ilə yaşadığı eşqlə uzun müddət maqazin gündəmini zəbt edən Deniz Akkaya köhnə sevgilisinin illər əvvəl uğradığı hücumu haqda paylaşım edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Star TV"də Seren Serengil ilə birlikdə "Duymayan Kalmasın" adlı maqazin proqramının aparıcısı olan Deniz Akkaya təxminən 16 il əvvəl birlikdə yaşadığı Okan Bayülgenlə əlaqədar bir xatirədən danışıb:

"Kuruçeşmedə bir restoranda oturmuşduq. Gecə saatları idi və müştəri də az idi. Yalnız üç dörd masada insan var idi. Həmin an yanımıza bir şəxs gəlib mənə salam verərək Okan Bayülgeni şillə-təpiyin altına saldı".

Təhməz Təkin
Milli.Az