Xalq artisti Gülyanaq Məmmədova hamiləliyindən danışıb.
Axşam.az-ın məlumatına görə, 1 aydan sonra dördüncü uşağı doğulacaq müğənni "10-dan sonra" verilişinə açıqlamasında dincələ bilməməkdən gileylənib.
G.Məmmədova həmkarlarının hamiləlik zamanı istifadə etdiyi libasları da tənqid edib:
"1 aydan sonra ana olacam, hələ evdə oturmamışam.
Geyimimdə yerini bilən adamam. Özünə dəyər verən tamaşaçısını da düşünməlidir. Gərək elə geniş formada libaslar seçəsən ki, hamiləlik bilinməsin. Dar geyinib, onu üzə çıxarıb fəxr etmək olmaz. Bəzən elələrini görürəm".
Qeyd edək ki, 2 oğlan, 1 qız övladı olan G.Məmmədova dördüncü uşağının da oğlan olacağını bildirib.
Milli.Az