Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın qırıcı-bombardmançı “FA-18” təyyarəsi Yaponiyanın Koti əyalətinin Sikoku adası sahillərində qəzaya uğrayıb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
İlkin məlumata görə, pilot təyyarəni sağ tərk edə bilib. Qəzanın baş vermə səbəbi araşdırılır.