"İslam İnkişaf Bankı Azərbaycanda 18 layihənin həyata keçirilməsinə təqribən 1 milyard dollar ayırıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir qeyd edib ki, 18 layihədən 14-ü artıq reallaşdırılıb, 4 layihə isə həyata keçirilmə prosesindədir.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanla İslam İnkişaf Bankının münasibətləri yüksək səviyyədədir:

"Ümumilikdə müsəlman ölkələri ilə əməkdaşlığa gəldikdə, bu ölkələrin hamısı Azərbaycanın Dağlıq Qarabağ üzrə ədalətli mövqeyini müxtəlif səviyyələrdə dəstəkləyir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir".

Milli.Az