Türkiyədə daha bir məşhurun boşandığı üzə çıxıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Burak Demir 5 ildir evli olduğu Meltem Demirlə yollarını ayırıb. Cütlük məhkəmədə boşanma səbəbi kimi yola getmədiklərini göstərib.
Qarşılıqlı razılıq əsasında boşanan cütlüyün 4 yaşlı oğulları Kuzey anası ilə qalıb. Sentyabrda boşanan Meltem və Burak övladlarına görə tez-tez görüşürlər.

Qeyd edək ki, B.Demir "Bizim evin halleri" (Rüzgar Aslan), "Genco" (Tarkan), "Möhtəşəm yüz il" (Hüseyn çavuş) və başqa seriallarda rol alıb.
Milli.Az