Bu gün Bakı Olimpiya Stadionunda AFFA, Təhsil Nazirliyi və Coca-Cola Bottlers şirkəti arasında "Coca-Cola Məktəbli Kuboku” turniri ilə əlaqədar memorandumun imzalanması mərasimi keçirilib.


Fanat.Az xəbər verir ki, mərasimdə iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin "ilin ən yaxşı məşqçisi kimdi" sualını da cavablandırıb.


Onun bu suala cavabı daha çox etirafa bənzəyib. Məmmədov "Qarabağ"ın baş məşqçisini Azərbaycan yığmasına rəhbərlik edən Robert Prosineçki ilə müqayisə edib. Onun fikrincə, Prosineçki hazırda yol gedirsə, Qurbanov bu yolun sonundadır: "Prosineçki hələ yol gedir, bitirməyib. Qurban müəllim isə qrup mərhələsindəki çıxışı ilə böyük uğur qazanıb. Hesab edirəm ki, Qurban Qurbanov ilin ən yaxşı məşqçisi titulunu qazanmağa layiqdi".


Fanat.Az