Avropa Liqasında 1/16 final mərhələsinin püşkatmasının səbətləri açıqlanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsini adlayan 24 komanda, həmçinin Çempionlar Liqasının 8 uğursuzu püşk zamanı 2 səbətə bölünüb.
Qrup qalibləri səpələnmiş, ikincilər isə səpələnməmişlər sırasında yer alıb. Digər 8 klub reytinqinə görə bu səbətlərə yerləşdirilib.
Türkiyə klublarının üçü də səpələnib. Belə ki, "Beşiktaş" reytinqinə, "Fənərbağça" və "Osmanlıspor" tutduğu yerə əsasən güclülər sırasındadır.
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının 1/16 finalının püşkatması dekabrın 12-də olacaq.
Səpələnmişlər
"Kopenhagen" (Danimarka)
"Lion" (Fransa)
"Tottenhem" (İngiltərə)
"Beşiktaş" (Türkiyə)
"Atletik" (İspaniya)
"Ayaks" (Hollandiya)
"Fənərbağça" (Türkiyə)
"Fiorentina" (İtaliya)
"Osmanlıspor" (Türkiyə)
"Roma" (İtaliya)
"Sent-Etyen" (Fransa)
"Sparta" (Çexiya)
"Şaxtyor" (Ukrayna)
"Şalke" (Almaniya)
"Zenit" (Rusiya)
APOEL (Kipr)
Səpələnməmişlər
"Rostov" (Rusiya)
"Legiya" (Polşa)
"Borussiya" (M, Almaniya)
"Ludoqorets" (Bolqarıstan)
"Alkmaar" (Hollandiya)
"Anderlext" (Belçika)
"Astra" (Rumıniya)
"Genk" (Belçika)
"Gent" (Belçika)
"Hapoel" (Beyer-Şeva, İsrail)
"Krasnodar" (Rusiya)
"Mançester Yunayted" (İngiltərə)
"Olimpiakos" (Yunanıstan)
"Selta" (İspaniya)
"Vilyarreal" (İspaniya)
PAOK (Yunanıstan)
Milli.Az