Türkiyənin tanınmış aparıcısı Seren Serengil Deniz Akkaya ilə birlikdə aparıcılıq etdiyi "Duymayan kalmasın" verilişində müğənni Gülben Ergenə söz atıb.
Milli.Az "Sözcü"yə istinadla bildirir ki, o, verilişdə etiraf edərkən deyib:
"Həyətimizə tez-tez siçanlar gəlirdi. Onlardan birinin adını Gülben qoymuşdum. Həmin siçan gələndə deyirdim ki, Gülben gəldi. Onun adını eşidəndə itlərimiz hürürdü".
Qeyd edək ki, Gülben Ergenle Seren uzun müddətdir ki, küsülüdürlər.
Milli.Az