İrəvan Dağlıq Qarabağ üzrə danışıqlardan qaçır. Hamburqda Azərbaycanın təklif etdiyi 3+2 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşməkdədir və ekspertlərin fikrincə, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır. Suriyada proseslər hazırda Moskva, Dəməşq və Tehranın istədiyi məcrada gedir. Lakin ABŞ prezidenti Barak Obama noyabrın 8-də ölkənin Suriyadakı müttəfiqlərinə silah tədarükünü qadağan edən qanunu ləğv etməsi müharibənin miqyasını genişləndirə bilər.

Həftənin əvvəlində “GalandecZP” bloggerində Rusiyanın Soçi şəhərindən qalxan təyyarənin pilotu ilə dispetçerin danışıqları dərc edildi. Danışıqların mətninə görə, Azərbaycan Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini Soçiyə qayıtmağa məcbur edib. İddiaya görə, təyyarə Azərbaycan üzərindən Ermənistana silah aparırdı.

Rusiya Müdafiə Nazirliyindəki mənbə news.am saytına bildirib ki, Rusiya təyyarəsinin Azərbaycan üzərindən Ermənistana silah aparması haqqında informasiya yoxdur.

İrəvan Qarabağı qaytarmasa... – Putinin “Böyük Avrasiya” PLANI

2017-ci il ərəfəsində Rusiya xarici siyasətlə bağlı yeni doktrina qəbul edib. “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası” adlanan yeni sənədin 36-cı səhifəsində Dağlıq Qarabağ münaqişəsinə toxunulur.

“Kommersant”ın şərhçisi Serqey Strokan bu məsələni təhlil edərək bildirir ki, sənəddə ilk baxışdan heç bir senssasiya görünmür. Onun sözlərinə görə, Rusiyanın yeni xarici siyasət doktrinası Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impulslar verə bilər.

Qarabağda müharibənin İKİ SSENARİSİ: İrəvan Qarabağı... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İrəvan Qarabağı qaytarmasa... – Putinin “Böyük Avrasiya” PLANI

2017-ci il ərəfəsində Rusiya xarici siyasətlə bağlı yeni doktrina qəbul etdi.