Qaynadılmış yumurtanın sağlamlığımız üçün olduqca
faydalı olduğunu onsuz da bilirik. Eyni şəkildə yumurta
qaynatdığımız suyun da faydaları çoxdur.
Publika.az xəbər verir ki, yumurta qaynattığınız su
mineral və kalsium baxımından olduqca zəngindir.
Yumurta qaynatdığınız su ilıq olduqdan sonra həmin su ilə
saçlarınızı durulayın. Bu suyun tərkibində çox miqdarda zülal
vardır. Bu səbəbdən də bu su ilə saçlarınızı yaxaladıqdan sonra
saçlarınız daha canlı olacaq.
Xüsusilə də quru saçlar üçün faydalı bir dərmandır deyə bilərik.
Yumurta suyu ilə daha parlaq və işıltılı saçlara qovuşa
bilərsiniz.
Evinizdə olan çiçəklərinizi bu suyla sulayaraq solmuş çiçəklərinizi
belə canlı hala gətirin.
Yumurtanın qabıqlarını da qablardakı ərpi təmizləmək üçün istifadə
edə bilərsiniz.
Qablardakı ərpi təmizləmək üçün qabın içinə yumurta qabıqlarını
qaynadın və ya bir miqdar sirkə töküb qaynadın. Ərpin yox olduğunu
görəcəksiniz. (qadinklubu.com)