Aktrisa Ancelina Colinin atası, aktyor Con Voytun qızı ilə münasibləri mükəmməl olmasa da, o, Coli haqda hər zaman açıqlama verir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Con Bred Pitlə boşanma ərəfəsində olan aktrisanın əhvalının nisbətən yaxşı olduğunu bildirib.

Onun sözlərinə görə, aktrisa artıq görüşlərə gedə bilər:

"Qızım artıq yeni sevgili də tapa bilər. O, buna hazırdır".

Lakin yaxınları qeyd edir ki, Ancelina uşaqlarına qarşı münasibətdə həssas olduğu üçün qısa müddətdə heç kimlə münasibət qurmaz.