İnstitutdan bildirilib ki, Fİ-nin direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla keçirilən görüşdə M.Sinoplu “Transtek Kapital” şirkəti haqqında məlumat verib.
Qeyd edib ki, təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri dünyanın müxtəlif ölkələrində aparılan innovativ tədqiqatlarla maraqlanmaq və onların maliyyələşdirmə imkanlarını araşdırmaqdır. Daha sonra qonaqlar İnnovasiya sektorunda fəaliyyət göstərən AFM (Atom Qüvvət Mikroskopu), “Keçirici Elektron Mikroskopiyası” (Transmission Electron Microscopy-TEM), EPR (Elektron Paramaqnit Rezonansı) və digər cihazlarla yaxından tanış olublar.
İnstitutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov “Cihaz strukturları və “CdTe” əsaslı nazik təbəqəli günəş elementlərinin yaradılma üsulları” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Ənvər Nəhmədov, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov və başqaları iştirak ediblər
Həqiqət İSABALAYEVA