Təyyarə qəzasından möcüzəvi şəkildə sağ qurtulan "Şapekoense"nin futbolçusu Alan Rusçel mətbuat konfransı keçirib.


Fanat.Az xəbər verir ki, xəstəxanadan buraxılan Rusçel media nümayəndələri ilə görüşdə baş verənlərlə bağlı danışıb. Həyatda qaldığının möcücə olduğunu vurğulayan futbolçu komanda yoldaşlarının çoxunu itirdiyini deyərkən göz yaşlarını saxlaya bilməyib. O bunları söyləyib:


"Hər kəsə salam. Baş verənləri sözlə ifadə etmək çətindi. Qarmaqarışıq duyğular içindəyəm. Yenidən burda olmaq böyük sevincdi. Burda oturmuşam, amma eyni zamanda yasdayam. Bir çox dostumu itirdim. O gün bir şəkil paylaşmışdım. Səhərisi gün keçmişdən danışırdıq. Dua edirəm, çünki onlar artıq tanrıya bərabərdilər. Ailələri, geridə qalanlar üçün dua edəcəm. Bu gün acı içindəyik. Yenidən oynamak üçün əlimdən gələni edəcəm. Burdakı həkimləri, "Şapekonse"ni dəstəkləyən insanların sevinməsi üçün çalışacam. Bunun tək səbəbi Tanrıdı. Təyyarənin düşdüyü anda Tanrı məni qorudu. O an dedim ki, hələ görəcək çox işim var. Həyatımda iki möcüzə var. Birincisi, burdayam və yaşayıram. İkincisi, yeriyə bilirəm. Həkimlər demişdi ki, ayağımda çox ciddi zədə var. Amma buradayan və yeriyirəm. Bu yalnız Tanrının möcüzəsidi".


Fanat.Az