yük Britaniyanın Avropa İttifaqından çıxması və ABŞ-da
Donald Trampın prezident seçilməsində “Facebook” sosial şəbəkəsində
fərdiləşdirilmiş reklam texnologiyasının böyük rolu olub.
İsveçrənin “Das Magazin” jurnalında yayımlanan məqalədə hər şey
açıq şəkildə göstərilir. Bu materialı əksər jurnalistlər “ilin
məqaləsi” adlandırır. Burada hər şey var: universal silah kimi
istifadə olunan ən yeni texnologiyalar, gündəlik həyatın
izlənilməsi, sirli sifarişçilər və yoxsuldan şahzadəyə çevrilmə.
Hansı ki, bu texnologiyanın artıq pis əllərə düşdüyü qeyd
olunur.
Publika.az həmin texnologiyanı və ondan necə istifadə
olunduğunu təqdim edir.
***
Noyabrın 9-da səhər Mixail Kozinski Sürixdə oteldə oyandı. 34 yaşlı
alim ən yüksək texniki məktəb hesab olunan ETH-də “Big Data” və
“rəqəmli inqilab” haqqında məruzə ilə çıxış edəcək. Kozinski belə
mühazirələri demək üçün dünyanın hər yerini gəzir. Çünki o,
psixometriyada (psixologiyanın məlumat analizinə əsaslanan bölməsi)
aparıcı ekspertdir. O, səhər televizoru yandırdı və anladı ki,
bomba partlayıb: Sosioloqların bütün proqnozlarına baxmayaraq,
Donald Tramp prezident seçilib.
Kozinski uzun müddət Trampın triumfu haqqında xəbərə baxır. O,
şübhələnir ki, bu, hansısa formada onun elmi araşdırmaları ilə
bağlıdır. Ah çəkir və televizoru söndürür.

Həmin gün indiyə qədər az tanınan London firması yeni press-reliz yayır.
“Biz onunla təəccüblənmişik ki, bizim məlumatlara
əsaslanan kommunikasiyalara inqilabçı yanaşmamız Donald Trampın
qələbəsinə töhfə verdi”, - press-relizdə deyilirdi.
Press-reliz Aleksandr Niks tərəfindən imzalanmışdı. Niks
britaniyalıdır və “Cambridge Analytica” şirkətinə rəhbərlik edir.
Həmişə kostyum geyinir, dəbdə olan buynuz eynək taxır və dalğalı
saçlarını adətən geriyə darayır.
Kozinksi, Niks və Tramp: birinci “rəqəmli inqilab”ı kəşf
etdi, ikinci onu tətbiq etdi, üçüncü bunun sayəsində qalib
gəldi.
“Big Data”: indi demək olar ki, hər kəs bu
terminlə tanışdır. Belə ki, hər gün internetdə etdiyimiz hər
şeylər, hətta “ofline” olanda belə qeydə alınır. Kredit kartı
üzərindən alış-veriş, “google”də axtarış, cibimizdə gəzdirdiyimiz
smartfon, sosial şəbəkədə etdiyimiz layk. Bütün bunlar saxlanılır.
Amma çoxu anlaya bilmir ki, bu məlumatlar nə üçün lazım ola bilər?
Lakin “Facebook”da hipertoniya vasitələrinin reklamı üzə çıxanda
bəzi şeylər aydınlaşmağa başladı. Bu, həm də “Big Data”nın
bəşəriyyət üçün nə qədər böyük nailiyyət və təhlükə olduğunu da
göstərir. Noyabrın 9-da isə buna dəqiq cavab tapıldı: “Brexit”ə
dəstək kampaniyasını quran və Trampın internetdə seçkiqabağı
kampaniyasını aparan şirkət eyni idi – “Cambridge Analytica” və
onun direktoru Aleksandr Niks.
Prosesləri anlamaq üçün 2014-cü ildə Britaniyanın Kembric
universitetində Kozinskinin psixometriya kafedrasında baş verən
hadisəyə qayıtmaq lazımdır.

Psixometriya (bəzən buna psixoqrafiya da deyilir) insan
şəxsiyyətini ölçməyə qadirdir. Müasir psixologiyada bunu “okean
metodu” adlandırırlar. 1980-ci ildə iki psixoloq sübut etdi ki,
bütün xasiyyətin xüsusiyyətini 5 ölçünün köməyi ilə açmaq
mümkündür. Bu “böyük beş” adlandırılır: açıqlıq (siz
yeniliyə nə qədər hazırsınız), vicdan, ekstraversiya (sosial mühitə
necə baxırsınız), xeyirxahlıq (siz nə qədər mehribansınız və
əməkdaşlığa hazırsınız) və ən əsası neyrotizm (sizi özündən
çıxarmaq nə qədər asandır). Bunlar vasitəsilə insanların
nə işlə məşğul olduğu, arzuları, qorxuları və digər görünməyən
tərəfləri haqqında dəqiq informasiya əldə etmək mümkündür. Əvvəllər
bunu öyrənmək üçün sorğu vərəqələri hazırlanırdı. Lakin sonra
internet çıxdı, “Facebook” yarandı və nəhayət, Kozinski peyda
oldu.
Mixal Kozinski: Varşavadan olan bu cavan oğlan
2008-ci ildə tələbə həyatına başlayır. O, Britaniyanın nüfuzlu
Kembric universitetinə daxil olur və dünyada psixometriya üzrə ən
birinci olan Kevendiş laboratoriyasında təhsil alır. Öz kurs
yoldaşları ilə o, “Facebook” üçün əlavə “MyPersonality” proqramını
kəşf etdi və istifadəyə verdi. Bununla, onlar istifadəçilərə
“sizi özündən çıxarmaq asandırmı, siz
ətrafınızdakıları tənqid etməyə meyllisinizmi” kimi
suallar verərək şəxs haqqında məlumatlar əldə edirlər. Daha sonra
iki doktorant bu məlumatların ən böyük “məhsulunu” yığdı.
Kozinski və yoldaşlarının bir neçə il ərzində hazırladığı proses
sadədir: birincisi, online-test tətbiq olunur və suallar verilir.
Tədqiqatçılar cavablardan istifadəçinin şəxsi dəyərlərini müəyyən
edirlər. Sonda Kozinskinin komandası istifadəçinin hərəkətlərini
öyrənir: “Facebook”da layklar, həmçinin, yaş və yaşadığı yer.
Adətən sadə məlumatın analizi qeyri-adi nəticələr əldə etməyə imkan
verir. Misal üçün, əgər bir istifadəçi MAC kosmetikasının
səhifəsini bəyənibsə, o böyük ehtimalla “qeem”dir. Əgər başqası
Nyu-Yorkun “Wu-Tang Clan” hip-hop qrupunu bəyənirsə, o,
geterseksualistin yüksək göstəricisidir. Ledi Qaqanı bəyənənlər isə
ekstravaqant insanlardır.
Kozinski və komandası 2012-ci ildə müəyyən etdilər ki, laykların
analizi nəticəsində istifadəçinin rəngini 95 faiz,
homoseksuallığını 88 faiz, Demokrat, yoxsa Respublikaçılar
Partiyasının dəstəklədiyini 85 faiz ortaya çıxarır. Lakin bu proses
intellektual inkişafa, dini mənsubiyyətə, içkiyə, siqaretə, yaxud
narkotikaya meylin öyrənilməsinə qədər gedir. Məlumatlar hətta
istifadəçinin həddi-buluğa çatana qədər valideynlərinin
boşanıb-boşanmadığını da tapmağa imkan verir. Kozinski uğurlarını
ard-arda düzürdü. Tezliklə, o, layk nəticəsində istifadəçini
tanımaq, hətta onun iş yoldaşları haqqında da məlumat əldə etmək
modelini tətbiq etdi. 70 laykdan sonra dostun nə qədər olduğunu,
150 laykdan sonra valideynlərin necəliyi, 300 laykdan sonra isə
tərəfdaşların sayını müəyyən etmək mümkündür.
Kozinski öz modeli haqqında məqaləni dərc etdiyi gün iki telefon zəngi alır: biri şikayət, digəri isə iş təklifi idi. Hər iki zəng “Facebook” şirkətindən edilmişdi.
Daha sonra ətraflı məlumat əldə etmək üçün bu sistem
“smartfon”lara tətbiq edilir. Kozinski smartfonun böyük psixoloji
sorğu vərəqəsi olduğunu aydınlaşdırır. Hansı ki, insanlar öz
məlumatlarını məhz burada saxlayırlar. Beləliklə, Kozinski
insanların axtarışı sistemini ixtira etdi. O həm də öz ixtirasının
potensial təhlükəsini də hiss edirdi.
Kozinski düşünürdü ki, əgər kimsə bu sistemdən manipulyasiya üçün
istifadə etmək istəyərsə, o zaman nə baş verəcək? O, özünün bütün
elmi məqalələrində xəbərdarlıq etməyə başladı ki, bu sistemdən
istifadə insanların azadlığına və şəxsi həyatına təhlükələr yarada
bilər. Amma deyəsən, heç kəs bunun nəyə apardığını anlamırdı.
2014-cü ilin əvvəlində özünü gənc assistent kimi təqdim edən
Aleksandr Koqan Kozinskiyə müraciət edir. Koqanda Kozinskinin
metodu ilə maraqlanan hansısa firmanın sorğusu var idi. Təklif
ondan ibarət idi ki, “Fazebook”da 10 milyon amerikalı istifadəçini
psixometriya yolu ilə təhlil etmək lazımdır. Kozinski əvvəlcə
razılaşdı, axı bu, onun institutuna böyük məbləğlər gətirəcəkdi.
Lakin sonra razılaşmanı ləngitməyə başladı. Və Koqanın təqdim
etdiyi firma ilə bağlı araşdırmalara başladı: “Strategic
Communications Laboratories” (SCL – Strateji Kommunikasiyalar
Laboratoriyası). Psixologiya və məntiq əsasında marketinq təklif
edən firmanın saytında qeyd olunurdu: “Biz seçkiqabağı
kampaniyaları idarə edən qlobal şirkətik”. Kozinski heyrətlə saytı
eşələyir və “Bu firma ABŞ-da nə ilə məşğul ola bilər” sualı
ətrafında düşünürdü. O vaxta qədər Kozinski bilmirdi ki, SCL-nin
arxasında mürəkkəb korporativ sistem dayanır. Daha sonra bu sistem
“Panama sənədləri” və “Wikileaks”in ifşalarında istifadə olunub. Bu
sistem inkişaf etmiş ölkələrdə böhranlar yaradır, başqa bir
proqramda NATO-ya Əfqanıstan vətəndaşları üzərində psixoloji
manipulyasiya metodlarını hazırlamağa kömək edir. SCL-nin
filiallarından biri “Brexit”-də və Trampın seçkiqabağı
kampaniyasında internet-kampaniyalar təşkil edən “Cambridge
Analytica” şirkətidir. Burada hər şey aydın olur.

Aleksandr Koqan
Kozinski isə bunlar haqqında heç nə bilmir, sadəcə olaraq, nədənsə şübhələnirdi. O, araşdırır və ortaya çıxarır ki, Aleksandr Koqan SCL ilə əməkdaşlıq edən gizli şirkət yaradıb. SCL Kozinskinin metodu haqqında məlumatları Koqanın əlindən alıb. Kozinski dərhal anladı ki, Koqan onun sistemini köçürə və SCL-yə sata bilər. O, Koqanla əlaqəni kəsdi və vəziyyət haqqında öz institutunun müdirinə məlumat verdi. İnstitut daxilində gərginlik yarandı, müəssisə öz reputasiyası üçün narahat idi. Daha sonra Koqan Sinqapura köçdü və evləndi, orada özünü doktor Spektr adlandırmağa başladı. Kozinski “Stenford” şirkətində işləməyə başlayanda ABŞ-a köçdü. Beləcə, hər şey sakitləşdi.
***
Bir il çox sakit keçdi, lakin 2015-ci ilin noyabrında “Brexit” elan
olunur və Avropa İttifaqından çıxmağın radikal tərəfdarlarının
lideri Naydjel Faradj internet-kampaniyanın aparılması işinə “Big
Data” üzrə ixtisaslaşmış “Cambridge Analytica” firmasını cəlb edir.
Firma yeni tipli siyasi marketinq aparır.
Kozinski “Kebric”, “okean” və “analitik” başlıqlı çoxlu məktublar
almağa başlayır. Çoxları düşünür ki, o, baş verənlərlə bağlıdır.
Yalnız o zaman belə bir firmanın mövcudluğundan xəbər tutur. O,
dəhşətlə firmanın saytına baxır: onun metodundan böyü siyasi oyunda
istifadə edilir. 2016-cı ilin iyulunda “Brexit”dən sonra ona
lənətlər yağmağa başlayır. Hər kəs onu “Brexit”i təşkil etməkdə
ittiham edir. Hər dəfə Kozinski sübut etməli olur ki, o, “Cambridge
Analytica” firması ilə heç bir əlaqəyə malik deyil. Baş verənlərdən
10 ay keçir.

19 sentyabr 2016-cı il: ABŞ-da seçki kampaniyasının qızğın dövrü başlamaqdadır. Nyu-Yorkda “Grand Hyatt” otelinin zalında “Creedence Clearwater Revival” qrupunun “Bad Moon Rising” mahnısı səslənir. Oteldə “Concordia”nın illik sammiti keçirilir. Böyük şəxslər dəvətlidir, hətta İsveçrə prezidenti Yohann Şnayder-Amman da qonaqlar arasındadır.
- “Cambridge Analytica” firmasının direktoru Aleksandr
Niksanı salamlamağı xahiş edirəm – xoş qadın səsi
eşidilir.
Səhnəyə tünd kostyumda uzunboylu kişi çıxır. Zalda tam sakitlikdir.
Çoxları artıq bilirlər ki, onların qarşısında Trampın yeni
digital-mütəxəssisi dayanıb. Bu sammitdən bir qədər əvvəl Trampın
“Twitter”də müəmmalı “tviti” çıxmışdı: “Tezliklə siz məni
“mister Brexit” adlandıracaqsınız”.
Politoloqlar da artıq Trampla “Brexit” tərəfdarlarının proqramında
oxşarlıq haqqında danışırdılar.
O vaxta qədər Trampın digital-kampaniyasını cəmi bir insan
aparırdı: Bred Parskeyla. O, Tramp üçün 1500 dollara sadə veb-sayt
yaratmışdı. 70 yaşlı Trampın internetə heç bir marağı yox idi.
Şəxsi assistenti danışırdı ki, Tramp elektron məktubu belə açıb
oxuya bilmir. Assistenti ona smartfon öyrətdi və bundan sonra Tramp
“Twitter”də “tivt”lər yağdırmağa başladı.
Hillari Klinton isə birinci “sosial şəbəkə prezidenti” olan Barak
Obamanın mirasına söykənirdi. Onda “Google” və “Dreamworks”-da
milyonlarla abunəçisi olan Demokratlar Partiyasının hesabı var idi.
2016-cı ilin iyununda Tramp “Cambridge Analytica” firmasını işə
götürəndən sonra vəziyyət dəyişdi.
“Hörmətli xanımlar və cənablar, sizə seçki kampaniyasında
“Big Data” və psixometriyanın gücündən danışmaq mənim üçün
şərəfdir”, - Niks sammitdə danışır.
Onun arxasında firmanın loqotipinin olduğu slayd çıxdı:
şəbəkələrdən təşkil edilmiş insan beyninin təsviri.
“Seçkiqabağı kampaniyaların demoqrafik meyarlar üzrə
aparılması ən axmaq ideyadır: bütün qadınlar eynicinsli olduğu üçün
bir mesaj hamısına təsir edir, yaxud bütün afroamerikalılara eyni
sözü demək lazımdır. Bu diletant üsuldur”, - deyə o
bildirir.

Aleksandr Niks
Qeyd edək ki, Hillari Klintonun komandası gizli şəkildə
cəmiyyəti homogen qruplara bölərək kampaniya aparırdı. Bu forma
sona qədər Klintonun qalib gələcəyi fikrini dəstəkləyirdi.
Və Biks əl işarəsi ilə digər slaydı açır: “Böyük beş”.
“Biz “Cambridge Analytica”da ABŞ-ın hər bir həddi-buluğa
çatmış vətəndaşının şəxsiyyətini müəyyən etməyə icazə verən model
hazırladıq”, - Niks davam edir. Zalda tam
səssizlikdir.
- “Cambridge Analytica”da marketinq uğuru “üç balina”
üzərində qurulub. Bu, “okean modeli”nə əsaslanan psixoloji
davranışın analizidir.
Niks firmasının şəxsi məlumatları necə əldə etdiyini səmimiyyətlə
izah edir: kadastral siyahılar, bonus proqramları, telefon məlumat
kitabçaları, klub kartları, qəzet abunələr, tibbi məlumatlar.
ABŞ-da demək olar ki, istənilən şəxsin belə məlumatlarını əldə
etmək mümkündür. Sonra firma Respublikaçılar Partiyasının
tərəfdarlarının siyahıları ilə “Facebook”da layk məlumatlarını
tutuşdurur. Budur, “okean metodu” ilə şəxsi profillərdəki
məlumatlar ortaya çıxır. Rəqəmli məlumatlarda insanların qorxuları,
maraqları və yaşayış ünvanları peyda olur.
Bu prosedur Kozinskinin modelinin eynisidir.
Niks qeyd edir ki, onlarda həddi-buluğa çatmış amerikalıların
psixoqramları var. Bu, 220 milyon nəfərə yaxındır.
Klintonun elektoratını qazanmağın yolu: riyaziyyatçı Onil Ketis
avqustda danışırdı ki, Trampın ziddiyyətli təbiəti, müxtəlif və
qarışıq mesajları onun əlinə oynayır: “Tramp mükəmməl
alqoritim kimi hərəkət edir və yalnız tamaşaçıların reaksiyasına
söylənir”.

Trampın komandası sosial şəbəkələrdə Klintonun elektoratına
hesablanan addımlar atırdılar. Misal üçün, Klinton Fondunun Haiti
zəlzələsində dağıntıların aradan qaldırılmasında iştirakdan imtina
haqqında xəbərlər peyda olmağa başladı. Məqsəd Haiti sakinlərinin
Klintona səs verməsinin qarşısını almaq idi. Bundan başqa
“Facebook”da “tünd postlar”dan istifadə olunurdu: pullu elanlar
yerləşdirilir və bu, yalnız müəyyən qrup insanların rastına çıxır.
Misal üçün, afroamerikalılara Klintonun qaradərili kişiləri yırtıcı
heyvanlarla müqayisə etməsi haqqında fikirlərinin əks olunduğu
videopostlar göndərilirdi.
Trampın seçkiqabağı kampaniyada əsas qərargahdan başqa “ikinci
qərargahı” da mövcud olub. Bu, digital-kampaniyanın aparıldığı yer
idi. Məlumatlara görə, Tramp digital-kampaniya üçün “Cambridge
Analytica” firmasına ümumilikdə 15 milyon dollar haqq ödəyib.
Firma həmçinin, amerikalılar haqqında əldə etdiyi məlumatlara
əsaslanaraq, Trampın çıxışlarında nələri deyib, nələrdən vaz
keçməsini də müəyyən edirdi. Məhz buna görə Tramp seçicilər
qarşısında çıxışlarında çox qəribə görünsə də, məhz əhalinin
ürəyindən xəbər verən ifadələrdən istifadə edirdi. Bu, ona qələbə
gətirdi.Maraqlı məqamlardan biri də odur ki, Trampın baş müşavir
postuna namizəd göstərdiyi Stiv Bennon “Cambridge Analytica”
firmasının direktorlar şurasının üzvüdür.
İndi dünya tərsinə çevrilib: “Brexit” oldu, Tramp Amerikaya
rəhbərlik edəcək. Bütün bunların baiskarı olaraq Kozinski
göstərilir, halbuki, o təhlükələr haqqında xəbərdarlıq edirdi. İndi
onun elektron poçtuna bir yığın şikayət məktubu daxil olur. Və hər
dəfə məcburi qaydada cavab verməli olur: “Burada mənim
günahım yoxdur. Mən bombanı hazırlamadım, sadəcə bunun mövcudluğunu
göstərdim”.
Bu, Enşteynin atomu ixtira etməsinə bənzəyir. O, sadəcə bu
təhlükəli nüvəni tapmışdı. Atom bombasını isə başqaları
hazırladı.
Asif Nərimanlı