Amerika nəşri Karlovdan yazdı - Rusiya ayağa qalxdı

Amerika nəşri Karlovdan yazdı - Rusiya ayağa qalxdı
20:13 21 Dekabr 2016
399 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xarici İşlər Nazirliyi “New York Daily News” nəşrindən Rusiya səfiri Andrey Karlovun Ankarada qətli ilə bağlı yazısına görə üzr istəməyi tələb edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində yazıb.

“Amerika jurnalisti Qerş Kuntsman “New York Daily News” nəşrində yazıb ki, Rusiya səfirinə görə “göz yaşı axıtmır”. “Mədəni jurnalist” Andrey Karlovun qətlini “ədalətin təcəssümü” adlandırıb”, - Zaxarova qeyd edib.

Qerş Kuntsman həmçinin yazıb ki, Ankarada baş verən hadisə ona 1938-ci ildə Parisdə alman diplomatı Ernest fom Ratanın qətlini xatırladıb. Jurnalistin sözlərinə görə, yəhudi tələbə tərəfindən vurulmuş diplomat “günahsız qurban” deyildi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR