Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü

Bakıda ana və 3 yaşlı qızı faciəvi şəkildə öldü
23:52 21 Dekabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dəm qazından daha bir zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ana və qızı qazdan boğulublar. Belə ki, 1983-cü il təvəllüdlü Kəmalə Qarayeva və 3 yaşlı qızı Nərgiz hamamda çimərkən qaz sızması baş verib. Ana və qız zəhərlənərək vəfat ediblər.

Kəmalə Qarayevanın əslən Ağdam rayonundan olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/501136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR