Toylarda baş verən qeyri adi hadisələr dünyanın harasında olur-olsun maraqla qarşılanır.
A24.az-ın məlumatına görə, bunlardan biri isə Çində baş verib. Toy gün gəlini kompüterdən ayırmaq mümkün olmayıb. İnternetdə oyun oynamağı ərə getməkdən önəmli hesab edən qız internet klubda “League of Legends” oyununu oynayıb. Bəy və qohumları onu toya aparmaq üçün sözün əsl mənasında yalvarıb. Sonra isə qızı zorla klubdan çıxarmağa müvəffəq olan bəy atasından buna görə şillə də yeyib.
Belə ki, ata oğluna: “Sən necə kişisən ki, arvadına sahib çıxa bilmirsən” – deyərək tənbeh edib. Bundan sonra bəy dostları ilə birlikdə qızın qoluna girərək onu klubdan çıxarmağı bacarıblar.
Sözügedən görüntüləri təqdim edirik: