x
Loading...

Rusiya jurnalında “Əsrin müqaviləsi” haqqında məqalə dərc edildi

Rusiya jurnalında “Əsrin müqaviləsi” haqqında məqalə dərc edildi
15:38 22 Dekabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+
.

Xəbər verdiyimiz kimi, Moskvada nəşr edilən “Sovremennaya nauçnaya mısl” adlı nüfuzlu elmi jurnalın xüsusi buraxılışı çapdan çıxıb. Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun nəşrlərindən biri olan bu jurnalın xüsusi buraxılışı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.

Azərbaycanın milli bayramı ərəfəsində Rusiya institutunun idarə heyəti və jurnalın redaksiyası Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası ilə birlikdə tarix məsələlərinə və müasir Azərbaycanın nailiyyətlərinə həsr edilmiş xüsusi tematik nömrə hazırlamağı qərara alıblar. Xatırladaq ki, jurnalın xüsusi buraxılışı AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Yaqub Mahmudovun “Prezident İlham Əliyev müasir inkişafın Azərbaycan modelinin qurucusudur” adlı məqaləsi ilə açılır.

AMEA Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, jurnalın bu nömrəsinə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Azərbaycan Respublikasının neft siyasətinin formalaşması və reallaşması” məqaləsi də daxildir.

Məqalədə Azərbaycan Respublikasının neft siyasətinin tarixi, işıqlandırılıb. Əsas diqqət 1994-cü ildə dünyanın 6 ölkəsini təmsil edən ən iri 10 neft şirkətinin daxil olduğu konsorsiumla “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etmiş danışıqların tarixinə yönəldilir. Müəllif bu kontraktın şərtlərini və sonrakı dövrdə ona düzəlişləri təhlil edərək belə bir nəticəni əsaslandırır ki, neft kontraktının işlənib hazırlanması və reallaşdırılması prosesində Azərbaycan özünün iqtisadi və siyasi maraqlarının qorunmasını təmin edib, beynəlxalq mövqelərini möhkəmlədib.

Xatırladaq ki, Ərəstun Mehdiyev namizədlik dissertasiyasını 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində müdafiə edib. Bu tədqiqatın mövzusu XIX əsrin son 30 ilində Bakı neft sənayesinin təşəkkülündə Rusiya kapitalının rolu ilə bağlı idi. (azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/180893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR