Son 3 ayda temperatur normadan aşağı, yağıntının miqdarı dəfələrlə çox olub

Son 3 ayda temperatur normadan aşağı, yağıntının miqdarı dəfələrlə çox olub
16:27 22 Dekabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin sentyabr, oktyabr və noyabr aylarında Azərbaycanda havanın temperaturu iqlim normasından 1,2-1,3 dərəcə aşağı olub.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, həmin aylarda ölkədə yağıntıların miqdarı xeyli çox olub.

Onun sözlərinə görə, ötən 3 ayda yağıntının miqdarı dəfələrlə artıb: "Sentyabrda yağıntının miqdarı çoxillik normadan 9 dəfəyə, oktyabrda 7 dəfəyə, noyabrda isə 4 dəfəyə qədər çox olub. Sentyabrda belə yağıntılar sonuncu dəfə 40 il əvvəl qeydə alınıb. Belə hallar çox az-az, nadir baş verən hadisələrdir. Ümumiyyətlə, temperaturun aşağı olması və yağıntıların artması səbəbindən bu ilin sentyabr ayı Azərbaycanda tamamilə fərqli keçib". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/501333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR