BB, CC, DD, PP və EE kremləri haqqında bilmədikləriniz!

BB, CC, DD, PP və EE kremləri haqqında bilmədikləriniz!
16:48 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

BB-kremlər kosmetika bazarında cəmi bir neçə il əvvəl yaranıb, amma artıq bir çox qadınlar tərəfindən qəbul edilib.

Publika.az xəbər verir ki, alman dermatoloqlar müxtəlif cərrahi müdaxilələrdən, lazer proseduralarından və pilinqdən sonra qalan yara, çapıq və tikiş yerlərini gizlətmək, o cümlədən dərinin bərpası üçün BB kremlərini icad edib. Koreyalı mütəxəssislər isə bu vasitəni təkmilləşdirib və geniş auditoriya üçün buraxıblar.

Belə kremlər kimi həm qüsurları gizlətmək, həm də müalicəvi xüsusiyyətlərə malikdir. Amma tərəqqi yerində durmur və bu kimi başqa vəsaitlər də yaranıb: CC, DD, PP, hətta EE kremləri.

BB-krem

BB-kremin mənası "beauty balm" və ya “blemish balm”, yəni gözəllik balzamı kimi tərcümə olunur. O, yaxşı dəridə örtük yaradır və hər bir mövsüm üçün münasibdir. Dərini heç də nəmləndirici kremdən pis nəmləndirmir. Elə bu səbəbdən də onu üzə sürtəndə ağırlıq yaratmır, sanki nəmləndirici krem effekti verir.

BB-kremi iltihabdan sonra dərinin həddən artıq qabıq verməsinin qarşısını alır, dəri tonunu bərabərləşdirir və artıq piqmentasiyanı və aradan qaldırır. Makiyaj altı üçün gözəl təməldir, qüsurları maskalayır və günəş şüalarından qoruyur. Lakin dəri baxım məhsullarından imtina etməyi və təkcə BB kremlərinə yönəlməyi tövsiyə etmirik. O dərini nəmləndirir, lakin bütünlüklə nəmləndirici kremi əvəz edə bilməz.

CC-krem

BB-kremlərinin uğurundan sonra kosmetika şirkətləri CC-kremlərini satışa çıxarıb. İngiliscədən “сolor сontrol” sözlərinin baş hərflərindən götürülən CC kremlərinin mənası dərinin rənginə nəzarət etmək deməkdir. Buradan belə nəticəyə gəlirik ki, CC kremlərinin əsas funksiyası dəri rəngini korreksiya etməkdir. Onlar ilk növbədə dəridə sarımtıl və ya qızartılarla mübarizə üçün yaradılıb. Ona görə də CC-kremlərinin teksturası yuxarıdakından xeyli fərqlənir. Və bir qayda olaraq, bu kremlər daha asan və tez yayılır.

CC-kremlərinin tərkibində parıltılı hissəciklər var və bu məhsullar dəriyə işıq verir. Bu kremlərin teksturasında dərini ağırlaşdırmayn SPF və antioksidantlar var. Lakin CC-kremlər yağlı və problemli dərilər üçün uyğun deyil.

DD-krem

DD formulunun yaradılması tonal kremlərin inkişafında daha bir addım olub. O dərini CC və BB kremləri kimi müdafiə və qulluq etmir. Yeri gəlmişkən qeyd edək ki, “Daily defense” sözlərindən götürülən DD kremlərinin mənası “gündəlik müdafiə” deməkdir.

DD-kremləri dərini günəşdən və sərbəst radikallardan yüksək səviyyədə qoruması ilə seçilir. Meqapolislərin sakinləri üçün əla variantdır. Lakin ondan sui-istifadə etməyə dəyməz, çünki o dəri məsamələrini bağlamağa qadirdir. Yekunda onu demək olar ki, DD-kremləri qocalan dəri üçün uyğundur.

РР-krem

“Pink рerfect” ("Çəhrayı mükəmməllik") yəni, PP kremləri makiyaj üçün yaxşı bazadır. Kremin tərkibindəki silikon hissəciklər dərinin bütün kələ-kötürlüyünü, çapıqları doldurur və üzü hamar edir. Odur ki, tübikdə vulqar-çəhrayı kremi görəndə qorxmayın.

O, dəridə şəffaf və görünməz olur. Lakin dərini nəmləndirməyi və əvvəlcədən təmizləməyi unutmayın. РР-kremini çəkdikdən sonra cəsarətlə seçdiyiniz tonal kremi çəkmək olar.

EE-krem

“Extra еxfoliation” - EE-kremləri dəri hüceyrələrini yeniləyir, günəşin təsirindən müdafiə edir, ona parıltı və yüngül rəng verir. Bəziləri onun funksiyalarına dərini ultrabənövşəyi şüalardan, hətta ləkələrdən qorumaq kimi xüsusiyyətləri də daxil edir. EE kremi tez-tez istifadə üçün və həssas dəri sahiblərinə tətbiq etmək məsləhət deyil. Krem qismən piqment ləkələrini gizlətməyə qadirdir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/180901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR