x
Loading...
.

Bakıda Azərbaycan Arıçılar Assosiasiyasının ümumi yığıncağı keçirilib

Bakıda Azərbaycan Arıçılar Assosiasiyasının ümumi yığıncağı keçirilib
20:12 23 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Arıçılar Assosiasiyasının II ümumi yığıncağı keçirilib.
“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov arıçılığın inkişafı istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verib, bu istiqamətdəArıçılar Assosiasiyasının üzərinə düşən vəzifələri vəgördüyü işləri diqqətə çatdırıb.
“Azpromo”nun rəhbəri Rüfət Məmmədov aqrar sahənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını, digər sahələrlə yanaşı, ölkədə arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. R.Məmmədov xarici bazarlarda yüksək keyfiyyətli və ekoloji təmiz Azərbaycan balına böyük maraq olduğunu, bu sahədə geniş ixrac potensialının mövcudluğunu vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Abduləliyev bildirib ki, beynəlxalq mütəxəssislərin köməyi ilə yerli arıçılara seleksiya-damazlıq işlərinin aparılması, ana arı yetişdiriciliyi, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması məqsədi ilə praktik treninqlər keçirilib: “Azərbaycanda ilk dəfə genofond arıxanaların yaradılmasına başlanıb. Bu sahədə mütəxəssis hazırlığı ilə yanaşı, genofond arıxanası kimi fəaliyyət göstərəcək yerlər zəruri avadanlıqlarla təchiz edilib”.
Tədbirdə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Azərbaycanda arıçılığın iqtisadi səmərəliliyinin artırılması və inkişaf perspektivləri”, AMEA-nın Zoologiya İnstitutunun direktor müavini Ərşad Cəlilov isə “Arı xəstəlikləri və onların aradan qaldırılması” istiqamətində görülən işlər barədə məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Assosiasiyanın gələcək fəaliyyəti və təşkilati məsələlər müzakirə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/bakida-azerbaycan-aricilar-assosiasiyasinin-umumi-yigincagi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR